Green Farms Azerbaijan

Green Farms Azərbaycan, Azərbaycanın qida təhlükəsizliyinə töhfə verməyi, ölkənin təbii sərvətlərinin qorunmasına yönələn dayanıqlı kənd təsərrüfatı işini inkişaf etdirməyi hədəfləyən Green Farms International şirkətinin Azərbaycan üzrə nümayəndəliyidir.

Biz yerli ərzaq tələbatının kəmiyyət və keyfiyyət baxımından qarşılanmasında iştirak, eləcə də, Azərbaycan məhsullarının xarici ölkələrə ixracını təmin etməyi planlaşdırırıq.

Cənab Prezident İlham Əliyevin ölkənin ixrac potensialının artırılmasına, iqtisadiyyatın diversifikasiyasına, kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artırılmasına yönəlmiş vizyonunun tərkib hissəsi kimi, Green Farms International torpaq sahələrinin əkin dövriyyəsinə cəlb ediməsi, qarğıdalı, buğda, arpa, yonca, və günəbaxan kimi strateji əhəmiyyətli məhsulların istehsal edilməsi məqsədilə Biləsuvar rayonunda 5,000 hektar torpaq sahəsini icarəyə götürmüşdür

Torpaq ehtiyatlarının məhsuldarlığını optimallaşdırmaq məqsədilə biz yerli təsərrüfat təcrübəsi ilə tanış olmaqla bərabər, yüksək keyfiyyətli və səmərəli əkin texnologiyasını yerli aqrobiznesə gətirməliyik.

Məhsullar

Xidmətlər

Açar–təslim layihələr

slogan

Green Farms

Biləsuvar layihəsi

Green Farms Azərbaycan 2017-ci ilin May ayında Biləsuvar İcra Hakimiyyəti ilə 5,000 hektar torpaq sahəsinin istifadəsi üçün 49 illik icarə müqaviləsini imzalayıb.

Sözügedən torpaq ərazisi dövlət əmlak reyestrində qışlaq sahəsi kimi qeydiyyat olunub və yerli əhali tərəfindən təyinatı üzrə istifadə olunub. Nazirlər Kabinetinin 2017-ci ildə qəbul etdiyi sərəncamnan əlaqədar bu ərazinin təyinatı əkin sahəsinə dəyişilib və geniş profil kənd təsərrüfatı fəaliyyətinə imkan yaradılmışdır.

Adıçəkilən torpaq sahəsinin rekultivasiyası ilə bağlı bir sıra maneələr var: lazımi infrastrukturun, suvarma mənbəyinin olmaması, və torpaqın münbitlik səviyyəsinin aşağı olması. Lakin biz bu problemlərdən xəbərdarıq və Biləsuvarda uğurlu aqrar sənaye kompleksi yaratmaq planımızı həyata keçirməyə başlamışıq.

Hal-hazırda layihənin icrası ilkin mərhələdədir və fəaliyyətimizin mərkəzi olacaq, 750 hektar torpaq ərazisini intensiv məhsul istehsalı üçün lazımi drenaj və suvarma infrastrukturunu hazırlamışıq, texnika və avadanlıqları tədarük etmişik, və ilkin tikinti işlərini başa çatdırmışıq.

İlkin mərhələlərdə dənli bitkilərin əkini prioritetləşdiriləcək və əkin dövriyyəsində onlardan daha çox istifadə ediləcək. Torpağ münbitliyinin artırılmasından sonra, əkin dövriyyəsinə qarğıdalı, şəkər çuğunduru, pambıq və yonca əkinləridə əlavə olunacaq.

 





Son xəbərlər

Toxum cücərməsi müşahidə olunur.

Hal-hazırda əkin sahəsindəki arpa və buğda cücərmə mərhələsindədir. Sağlam cücərmə müşahidə olunur.

Əkim başlandı

1487 hektarlıq ərazidə arpa və buğda əkmini başladıq. 4 müxtəlif növdə toxum və müxtəlif gübrələmə dərəcələrinin sınaqdan keçirilməyi nəzərdə tutulub.

Payız Əkininə Hazırlıq

Payız əkininə hazırlıq işlərinə artıq başlamışıq. Son bir neçə ay ərzində biz suvarma və drenaj şəbəkələrinin quruluşunu, təsərrüfat binalarının tikintisini başa vurduq, və infrastruktur cəhətindən əkinə hazırıq.

Ağsuda Qarğıdalı

Ağsuda qarğıdalı becərən müştərimizə agronomiya üzrə məsləhətçi kimi kömək edirik. Düzgün toxumu, dərmanları, və gübrələri tədarük etməklə bərabər, GFA əkinnən tutmuş biçinə qədər bütün əməliyyatları nəzarət edir.

Müştəri Rəyi

Əlaqə

Baş Ofis

Neftcilər pr 151, AZ1010, Baki, Azərbaycan

(+994 50) 701 74 47

gfa@greenfarms.az



Təsərrüfat

Biləsuvar rayonu, Nəsimi kəndi

(+994 50) 701 74 47

gfa@greenfarms.az

Bizimlə əlaqə saxlayın

Bizə məktub yazın