
2020
Əkin
Payız əkini üçün bu sezon 1,500 ha torpaq hazırladıq. Qısa zamanda yonca, arpa və buğda səpininə başlayacayıq.

2020
Sahə hazırlıqı
Arpa və buğda yığımı prosesi artıq başa çatmışdır. Növbəti mövsümə hazırlaşdığımız üçün şumlama prosesi başladı.

2020
Taxıl biçini başlayıb
Arpanın biçininə artıq start vermişik və yaxın həftələrdə başa vuracayıq. Nəmlik dərəcəsi aşağı düşdükcə buğdanın da biçini başlanılacaq.

2020
Bitkilərin Vəziyyəti
May ayının sonuna yaxınlaşdıqca, biz məhsulumuzu yığmağa yaxınlaşırıq. Hər kəsə bol məhsul arzulayırıq!

2020
Bitkilərin Vəziyyəti
Yanvar ayına əldə edilən arpa və buğda bitkilərinin çıxışından məmnunuq

2019
Pambıq Yığımı
Pambıq yığımının birinci mərhələsi başa çatdı. Gec yetişən qozalardan pambığı yığmaq üçün, biz artıq yığımın ikinci mərhələsinə start vermişik.

2019
Arpa və Buğda Əkini
940 hektar arpa əkini başa çatdı və 270 hektar buğda əkini başa çatmaq üzrədir. İlk suvarma dövrü artıq başlanıb və dekabr ayının ortasına qədər suvarma işləri yekunlaşacaq.

2019
Qarğıdalı Biçimi
69 hektar sahədə ilk eksperimental qarğıdalı məhsulunun biçimi uğurla tamamlandı. Hal-hazırda torpaqlar buğdanın əkilməsi üçün şumlanır və hazırlanır.

2019
Pambıq Yığımına Hazırlıq
Ərazidə pambıqın birinci əkini uğurlu oldu. Bu həftə biz bitkilərin defoliant ilə çilənməsinə başladıq və oktaybr ayının əvvəlində yığıma başlayacayıq

2019
Qarğıdalının İnkişafı
Arpa yığımından dərhal sonra, iyun ayının ortalarında erkən yetişən Pioneer qarğıdalı çeşidini əkdik və yaxın zamanlarda ilk qarğıdalı məhsulumuzu yığacağıq.

2019
Buğda biçini artıq başladı
Arpa biçinini qısa zamanda yekunlaşdırıb, biz artıq buğda biçininə başladıq. Hədəf aldıqımız məhsuldarlıq səviyyələrinə çatmaqa səbirsizliklə gözləyirik.

2019
Arpa biçini başlayır
1306 hektar arpa sahələrində biçin artıq başlamaq üzərədir. Məhsulun nəmlik səviyyəsi azalıb və işçi heyətimiz biçinə tam hazır vəziyyətdədir.

2019
Taxıl performansı
Ərazilərimizin birində yerli buğda sortunun güclü performansı. Bu sezon üçün bütün gübrə səpini və suvarma işləri artıq yekunlaşdı.

2019
Su Paylayıcı Qurğular
AzərMeliorasiya ASC hazırda Yeni Araz kanalının ərazimizdən keçən hissəsində su paylayıcı kanalları və drenaj infrastrukturu işlərini yekunlaşdırır

2019
Texas A&M Universiteti ilə Əməkdaşlıq
Artıq ikinci ildir Texas A&M Universitetinin tələbələri, təsərrüfat bazamızı və baş ofisimizi son layihələri üzrə işləmək məqsədi ilə ziyarət edir

2018
Toxum cücərməsi müşahidə olunur.
Hal-hazırda əkin sahəsindəki arpa və buğda cücərmə mərhələsindədir. Sağlam cücərmə müşahidə olunur.

2018
Əkin başladı
1487 hektarlıq ərazidə arpa və buğda əkmini başladıq. 4 müxtəlif növdə toxum və müxtəlif gübrələmə dərəcələrinin sınaqdan keçirilməyi nəzərdə tutulub.

2018
Payız Əkininə Hazırlıq
Payız əkininə hazırlıq işlərinə artıq başlamışıq. Son bir neçə ay ərzində biz suvarma və drenaj şəbəkələrinin quruluşunu, təsərrüfat binalarının tikintisini başa vurduq, və infrastruktur cəhətindən əkinə hazırıq.

2018
Ağsuda Qarğıdalı
Ağsuda qarğıdalı becərən müştərimizə agronomiya üzrə məsləhətçi kimi kömək edirik. Düzgün toxumu, dərmanları, və gübrələri tədarük etməklə bərabər, GFA əkinnən tutmuş biçinə qədər bütün əməliyyatları nəzarət edir.

2018
Texas A&M Universiteti ilə Əməkdaşlıq
GFA Texas A&M Universitetinin iki qrup 4-cü il şagirdləri üçün capstone layihəsini sponsorlaşdırdı. Şagirdlər 2018-ci ilin aprel ayında layihələrini təqdim etmək üçün Azərbaycana səfər etdilər.

2017
Maştağada Əncir və Ərik Bağı
GFA Bakının Maştağa qəsəbəsində əncir və ərik istehsalçısına agronomik xidmətlər göstərir. Müştərinin hal-hazırda təxminən 400 əncir və 200 ərik ağacları vardır. Bağa hərcəhətli aqronomik xidmətlər göstəririk.
Əlaqə
Baş Ofis
Üzeyir Hacibəyov küçəsi 69E, Baki, AZ1000, Azərbaycan
(+994 12) 498 98 95
Təsərrüfat
Biləsuvar rayonu, Nəsimi kəndi
(+994 12) 498 98 95
Bizimlə əlaqə saxlayın
Bizə məktub yazın