GFA Əkin Strategiyası
Torpaq ehtiyatlarının məhsuldarlığını optimallaşdırmaq məqsədilə biz yerli təsərrüfat təcrübəsi ilə tanış olmaqla bərabər, yüksək keyfiyyətli və səmərəli əkin texnologiyasını yerli aqrobiznesə gətirməliyik.
Biz yerli ərzaq tələbatının kəmiyyət və keyfiyyət baxımından qarşılanmasında iştirak, eləcə də, Azərbaycan məhsullarının xarici ölkələrə ixracını təmin etməyi planlaşdırırıq.
Arpa 2021
Sahə:TBA; Tonnaj:TBA; Nəmlik: 14.5%; Protein: 12%
Hökumətimizin kənd təsərrüfatında əsas məqsədlərindən biri, ölkəmizin taxıl məhsullarına idxaldan asılılığını azaltmaqdır.
Hal-hazırda idxal olunan digər strateji əhəmiyyətli məhsul arpadır. Buğda və arpa istehsalı, ərzaq təhlükəsizliyi və idxal müstəqilliyinə töhfə verəcəkdir

Buğda 2021
Sahə:TBA; Tonnaj:TBA; Nəmlik: 13.5%-14%; Protein: 13%
Hökumətimizin kənd təsərrüfatında əsas məqsədlərindən biri, ölkəmizin taxıl məhsullarına idxaldan asılılığını azaltmaqdır.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkədə hər hektardan təxminən 3,32 ton məhsul verən 641 min hektar buğda tarlası mövcutdur.

Yonca 2021
Sahə:TBA; Tonnaj:TBA; Nəmlik:24%; Protein:18%; Presin ölçüsü:20 kg
Yonca heyvandarlıqda, xüsusən südçülükdə istifadə olunan əsas yem bitkisidir. Bu məhsula tələbat il boyu yüksəkdir, və buna görə bu bitkinin əkini, saxlanması, və vaxtı vaxtında müçtəriyə çatdırılması bizim üçün prioritetdir.

Pambıq 2021
Sahə: TBA; Tonnaj: TBA; Rəng: Yaxşı-orta,12; Lif tipi: 1
2019-cu ildə Biləsuvar rayonunda 30.000 tondan çox pambıq yığılaraq ölkənin üçüncü ən böyük pambıq sahəsinə çevrildi. 2018-ci illə müqayisədə 2019-cu ildə pambıq məhsulu xeyli artmışdır (36,2%). Pambıqçılıq ölkənin ən sürətlə inkişaf edən sahələrindən biridir.

Qarğıdalı 2021
Sahə: TBA; Tonnaj: TBA; Nəmlik: 14-18%; Protein: 9-10%
Qarğıdalı heyvan yemi və qida sənayesində istifadə olunan strateji əhəmiyyətli bitkidir. Quşçuluq və mal əti fermaları, eləcə də "Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi" məhsulun daimi yerli təchizatı üçün axtarış aparırlar. Bu məhsula olan tələbat il boyu yüksəkdir.

Yemiş 2021
Sahə: R&D; Tonnaj: R&D
Ərazidə həm də fars yemişləri əkiləcək. Bitkinin bu növü şoran torpağa davamlıdır və bu mühitdə məhsulların dadı daha da şirin olur. Gələcəkdə bu məhsulu Azərbaycan bazarına çıxarmağı gözləyirik.

Şəkər Çuğunduru 2021
Sahə: TBA; Tonnaj: TBA; Şəkər tərkibi: > 12%
Yerli şəkər istehsalı üçün ölkəmizə böyük həcmdə xammal idxal olunur. Şəkər İstehsalı Fabriki, çuğundurun əkin sahələrini artıraraq, idxal olunan xammalı yerli məhsul ilə əvəzləməyi planlaşdırır. Biz bu təşəbbüsü dəstəkləyirik və torpaq ərazimizdə 2020-ci ildə şəkər çuğundurunun əkinini planlaşdırırıq.

Əlaqə
Baş Ofis
Üzeyir Hacibəyov küçəsi 69E, Baki, AZ1000, Azərbaycan
(+994 12) 498 98 95
Təsərrüfat
Biləsuvar rayonu, Nəsimi kəndi
(+994 12) 498 98 95
Bizimlə əlaqə saxlayın
Bizə məktub yazın