Aqro Konsaltinq Xidmətləri

Green Farms konsaltinq şöbəsi kənd təsərrüfatında yüksək səviyyəli xidmət göstərən peşəkarlardan ibarətdir. Aşağıdakılar biz tərəfdən təklif olunan xidmət siyahısıdır:

  • Torpağın Seçilməsi və Analizi
  • Planlaşdırma və Xərclərin Qiymətləndirilməsi
  • Əkin Planı və Dövriyyəsi
  • Biznes Plan
  • Maliyyələşdirmə və Kreditlər
  • Risklərin İdarə Edilməsi
  • Layihənin Tətbiqi

Torpağın Seçilməsi və Analizi

Becərməyə istədiyiniz bitki üçün ən uyğun torpaq ərazisini seçməyə kömək edəcəyik. Torpaq əraziniz varsa, bütün məlumatları toplamaqda və ona ən uyğun bitki haqqında təkliflər verməyə kömək edə bilərik.

Ərazinin Analizi: Ətraf Mühitin Qiymətləndirilməsi, Torpaq, Su, İqlim Analizi.

İstehsal amillərinin qiymətləndirilməsi: Müştərilərinizə / təchizatçılara nəqliyyat/logistika, bacarıqlı işçi qüvvəsinin mövcudluğu.

Meliorativ qiymətləndirmə: Təmizləmə; Hamarlanma; Torpağın kimyəvi maddələr ilə xüsusiyyətlərinin tənzimlənməsi

Torpağın Seçilməsi və Analizi

Planlaşdırma və Xərclərin Qiymətləndirilməsi

Layihənin Mərhələlərə Bölünməsi: Biz biznesinizi maliyyə cəhətdən nəzərə çarpan şəkildə planlaşdırmağa kömək edəcəyik.
Baş Plan: Fermanın əsas planının yaradılması, o cümlədən infrastrukturun planlaşdırılması
Texnika və Avadanlıq Siyahısı: Düzgün planlaşdırma vasitəsilə böyük qənaət.
Suvarma: Bizim mütəxəssislər sizin üçün ən yaxşı suvarma həllini seçməyə kömək edəcəklər. (damcı, pivotlar və s.)
Drenaj: Yüksək qrunt suyu səviyyəsi olan torpaqların drenaj sistemlərinə ehtiyacı var. Bizim mütəxəssislər sizin tələbatınıza uyğun olan drenaj sisteminin planını hazırlayacaqlar

Planlaşdırma və Xərclərin Qiymətləndirilməsi

Əkin Planı və Dövriyyəsi

Seçdiyiniz bitki tipinə əsaslanaraq, optimal əkin dövriyyəsini müəyyənləşdiririk. Sonradan biz istehsal hədəflərinə cavab verən əkin planını hazırlayırıq və onu əkin rotasiyası ilə uyğunlaşdırırıq. Əkin planı əsasən ətraf mühit (torpaq, iqlim) və iqtisadi şəraitlərinin(mövsümdə gözlənilən məhsulun qiyməti, təklif / tələb) şərtlərindən asılıdır. 

Əkin Planı və Dövriyyəsi

Biznes Plan

Təsərrüfat üzrə qərarların çoxusu bu plan əsasında ediləcək. Sizin tələb etdiyiniz istehsal məqsədinə çatmaq üçün, qısa-müddətli və ən səmərəli büdcəsi olan biznes planı yaradacağıq.

Biznes Plan

Maliyyələşdirmə və Kreditlər

Kənd təsərrüfatı layihələrinə maddi dəstək göstərmək istəyən investorların / təşkilatların beynəlxalq şəbəkəsinə sizi birləşdirməyə kömək edə bilərik. Biz proses boyunca sizə yardım göstərəcəyik və tələb olunan bütün sənədləri və materialları hazırlayacağıq.

Maliyyələşdirmə və Kreditlər

Risklərin İdarə Edilməsi

Kənd təsərrüfatı müəsissəsində hər hansı bir qərar qəbul etməzdən əvvəl və onunla bağlı bütün risklərin aydın şəkildə başa düşülməsi vacibdir. Hər hansı potensial riskləri müəyyənləşdirməkdə sizə yardım edəcəyik və ehtiyaclarınıza uyğun olaraq risklərin idarə etmə planını hazırlayacağıq.

Risklərin İdarə Edilməsi

Layihənin Tətbiqi

Təchizatçıların tapılması, qiymətlərin təhlil edilməsi: Sizin adınızdan təchizatçılardan qiymət təkliflərin alınması, təhlil olunması və danışıqların aparılması. Ən yaxşı qiymət təklifini almaqda sizə kömək edəcəyik.

Quraşdırma zamanı keyfiyyətə nəzarət və qiymətləndirmə: Bütün işlərin plana uyğun həyata keçirilməsini təmin edəcəyik.

İşəgötürmə və təlim: Təcrübəli mütəxəssislər uğurlu təsərrüfat işinin əsas təməlidir. Ən yaxşı namizədləri seçməyə və vəzifələrini yerinə yetirmək üçün onlara lazım olan təlimatı keçməyə biz sizə yardım edəcəyik.

Layihənin Tətbiqi

Əlaqə

Baş Ofis

Neftcilər pr 151, AZ1010, Baki, Azərbaycan

(+994 50) 701 74 47

gfa@greenfarms.az



Təsərrüfat

Biləsuvar rayonu, Nəsimi kəndi

(+994 50) 701 74 47

gfa@greenfarms.az

Bizimlə əlaqə saxlayın

Bizə məktub yazın